Dünya · Modern.az

Putinə Türkiyəni təklif etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putinə Türkiyəni təklif etdi
Putinə Türkiyəni təklif etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə Türkiyədə görüşməyi təklif edib.

Modern.az xəbər verir ki, o, bu barədə CNN Türk telekanalına müsahibəsi zamanı danışıb.

Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın putinlə danışıqların təşkilinə kömək edəcəyinə ümid etdiyini deyib.

Ukrayna liderinin sözlərinə görə, nümayəndə heyətləri və texniki qruplar bütün məsələləri həll edə bilmədiyi üçün bəzi problemlər yalnız dövlət başçıları səviyyəsində müzakirə oluna bilər.

“Buna görə də mən onunla qərar qəbul edən şəxs kimi görüşmək istəyirəm”, – Zelenski bildirib.

Qeyd edək ki, bundan əvvəl Kremlin rəhbərinin köməkçisi Yuri Uşakov Zelenskinin danışıqlar üçün Moskvaya gələ biləcəyini bildirmişdi.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑