Dünya · Globalinfo.az

Zelenski Putinə zəng etsə… – Uşakov

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Putinə zəng etsə… – Uşakov xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskinin telefon zənginə cavab verə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında danışıb.

“Düşünürəm ki, əlbəttə, cavab verəcək. Putin heç vaxt danışmaqdan imtina etməyib”, – deyə Uşakov bildirib.

O, həmçinin Zelenskinin müxtəlif kanallar vasitəsilə danışıqlara hazır olduğunu nümayiş etdirdiyini qeyd edib.

Uşakovun sözlərinə görə, Ukrayna Prezidenti həqiqətən Putinlə görüşmək və danışmaq istəyirsə, Moskvaya gələ bilər.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑