Təhsil · BiG.az

Fransada məktəbli etirazları böyüyür: Makron hökuməti təzyiq altında

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada məktəbli etirazları böyüyür: Makron hökuməti təzyiq altında xəbəri üçün şəkil

Fransanın mərkəzi İl-de-Frans regionunda ötən həftə başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda ölkənin müxtəlif bölgələrinə yayılıb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Hadisələrə hökumətin sərt reaksiyası da diqqət çəkir. Etirazlar zamanı ölkə üzrə 6 100-dən çox şəxsin saxlanıldığı, saxlanılanların əksəriyyətinin 15-18 yaş aralığında olan yetkinlik yaşına çatmayan məktəblilər olduğu bildirilir. Bundan əlavə, aksiyalara yuxarı sinif şagirdləri ilə yanaşı, valideynlər, müəllimlər, universitet tələbələri və həmkarlar ittifaqlarının nümayəndələri də qoşulublar. 1 800-dən çox şəxs barəsində cinayət işi başlanıldığı qeyd olunur.

Fransa Prezidenti Emmanuel Makron ölkədə məktəblilər və işçilərin davam edən kütləvi etirazları fonunda oktyabrın 6-da axşam saatlarında Yelisey sarayında nazirlərlə görüş keçirib. Görüşdə Baş nazir Sebastyan Lekornu, daxili işlər naziri Loran Nunyes və milli təhsil naziri Eduar Jefre də iştirak edib.

Aksiyalar ilkin olaraq məktəblilərin dərs yükünün çoxluğu, müəllim çatışmazlığı və təhsil sistemindəki digər problemlərlə bağlı narazılıqları kimi başlayıb. Lakin sonradan valideynlərin, müəllimlərin, universitet tələbələrinin və həmkarlar ittifaqlarının nümayəndələrinin də aksiyalara qoşulması, həmçinin polis ilə nümayişçilər arasında qarşıdurmaların və saxlamaların baş verməsi vəziyyətin miqyasını genişləndirib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlam verən politoloq Turan Rzayev bildirib ki, Fransada küçə etirazları yeni hadisə deyil. Bununla belə, hökumətin qarşıdakı mərhələdə təhsil sahəsində konkret güzəştlər və real qərarlar təqdim edib-etməyəcəyi aksiyaların gedişatına təsir göstərə bilər. Etirazlara polis müdaxiləsinin sərtləşməsi isə xüsusilə yeniyetmələrin iştirakı fonunda cəmiyyətdə əlavə narazılıq yarada bilər:

"Baş verənlər siyasi baxımdan da diqqət çəkir. Fransada qarşıdakı prezident seçkilərinə təxminən altı ay qalması fonunda genişmiqyaslı sosial etirazların hakimiyyət üçün reputasiya riski yaratdığı qənaəti səsləndirilir. Siyasi qüvvələr də yaranmış narazılıqdan öz tərəfdarlarını səfərbər etmək üçün istifadə edə bilərlər.

Beləliklə, hökumətin əsas qarşısında duran məsələlərdən biri etirazların yalnız polis müdaxiləsi ilə deyil, sosial və təhsil sahəsində konkret addımlarla səngidilməsidir. Əks halda, aksiyalar təhsil problemlərindən daha geniş siyasi narazılığın ifadəsinə çevrilə bilər".






BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑