Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında rəhbərlik etdiyi ali məktəbin Kafeteriyasında tələbələr üçün hazırlanmış menyunu təqdim edib.
Tezadlar.az xəbər verir ki, menyuya əsasən,
ana yeməklərin qiyməti 1.50 qəpik, şorbalar 1.50 qəpik, qarnir 1.50 qəpik, salat 1.50 qəpik:
Şirniyyatlar:
kişmişli keks 50 qəpik, türk paxlavası 80 qəpik, darçınlı keks 60 qəpik, müxtəlif tortlar 1 manat, bulka cemli 60 qəpik, ekler 1 manat;
İçkilər:
bir fincan çay 20 qəpik, bir çaynik çay 1 manat, bir fincan qəhvə 60 qəpik, kapuçino 70 qəpik;
Sərin içkilər:
bir bakalı -50 qəpik təşkil edir.
Doğrudan da bir çox təhsil ocaqları üçün örnək olan, tələbələri düşünərək tərtib edilmiş menyu-qiymətlər çox təqdirəlayiqdir. Və bundan çoxları nəticə çıxarmalı və insafla – tələbələrin durumunu düşünərək davranmalıdır.
Y.Məmmədli




