Təhsil · AZƏRTAC

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb xəbəri üçün şəkil

Paris, 8 oktyabr,

Fransanın Belfor şəhərində polis tərəfindən saxlanılarkən başının suyun altında saxlanıldığını iddia edən 17 yaşlı lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb. İstintaq Fransanın Milli Polis Baş Müfəttişliyinə (IGPN) həvalə edilib.

AZƏRTAC xəbər verir ki, hadisə oktyabrın 2-də Savuröz (Savoureuse) çayının yaxınlığında baş verib. Yeniyetmənin sözlərinə görə, polis əməkdaşı onu saxlayanda başını suyun altında saxlayıb. Hadisə ilə bağlı internetdə yayılan bir neçə videoda görüntülər əks olunsa da, çəkilişlərin uzaqdan aparılması və bitkilərin görüntünü qismən örtməsi səbəbindən gəncin başının həqiqətən suyun altında olub-olmadığını müəyyən etmək mümkün deyil.

Vesul prokurorluğu araşdırmanın obyektivliyini təmin etmək məqsədilə işi Belfordan Vesula göndərib. İGPN araşdırması saxlanılmanın dəqiq şəraitini və polis əməkdaşına qarşı irəli sürülən iddiaların sübutlarla təsdiqlənib-təsdiqlənmədiyini müəyyən etməlidir.

Hazırda polis əməkdaşı ilə bağlı ittihamlar üzrə hər hansı məhkəmə qərarı yoxdur. Hadisə Belforda lisey şagirdlərinin etirazları fonunda baş verib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑