2026-cı ilin ilk 9 ayında Azərbaycanın şəkər ixracında həm fiziki həcm, həm də əldə edilən gəlir baxımından kəskin artım qeydə alınıb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2025-ci ilin ilk 9 ayında 46,74 milyon ABŞ dolları təşkil edən şəkər ixracının statistik dəyəri, 2026-cı ilin eyni dövründə 2.4 dəfə artaraq 112.38 milyon ABŞ dollarına çatıb.
2025-ci ilin müvafiq dövründə 65 212.66 ton şəkər ixrac edildiyi halda, 2026-cı ilin ilk 9 ayında bu göstərici 2.8 dəfə artaraq 180 317.39 ton təşkil edib.
Şəkərin ümumi ixracdakı xüsusi çəkisi 2025-ci ildəki 0.25%-dən 2026-cı ildə 0.47%-ə yüksəlib. Qeyri-neft sektoru üzrə ixracda şəkərin payı isə 2025-ci ilin müvafiq dövründəki 1.76%-dən 2026-cı ilin eyni dövründə 1.69%-ə düşüb.




