İqtisadiyyat · Banker.az

Süni intellekt köpüyünün tezliklə partlaya biləcəyinə dair əlamətlər var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Süni intellekt köpüyünün tezliklə partlaya biləcəyinə dair əlamətlər var xəbəri üçün şəkil

Vaşinqtonda yerləşən OpenMarkets analitik mərkəzi “Brace For Impact” adlı hesabat dərc edib. Hesabatda “süni intellekt sektorunda dərin və ciddi çöküş ehtimalının sürətlə artdığı” barədə xəbərdarlıq edilir.

Futurism.com-un nəzərdən keçirdiyi hesabatın müəlliflərinə görə, süni intellekt ətrafında yaranan borc tələsi 2008-ci ilin aşağı keyfiyyətli ipoteka böhranını xatırladır. Məlumat mərkəzlərinin spekulyativ borcları “yenidən paketlənərək pensiya və yığım fondlarına, universitetlərin ianə fondlarına və digər institusional investorlara satılır. Bu proses aşağı keyfiyyətli ipoteka köpüyünü qorxuducu dərəcədə xatırladır”.

Aparıcı süni intellekt laboratoriyaları sürətlə artan xərclərini ödəmək üçün kifayət qədər gəlir əldə etmirlər. Hesabat müəlliflərinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası və federal tənzimləyicilər isə “tənzimləyici qoruyucu mexanizmləri aradan qaldırır və potensial böhranın vura biləcəyi zərəri daha da artırırlar”. Süni intellekt uğrunda spekulyativ yarışın iştirakçıları arasındakı sıx əlaqə və bazarın yüksək dərəcədə təmərküzləşməsi bütün texnologiya sektoru və ümumilikdə iqtisadiyyat üçün ciddi risklər yaradır. Hesabatda xəbərdarlıq edilir ki, sektor artan borclarını ödəyə bilməsə, “texnologiya sahəsinin hüdudlarından xeyli kənara yayıla biləcək maliyyə çöküşü baş verə bilər”.

OpenMarkets tənzimləyici qurumları, Konqresi və ştatların qanunvericilərini təcili hərəkətə keçməyə çağırır. Mərkəz süni intellekt sektorunun qeyri-şəffaf maliyyəsinin üzə çıxarılmasını, subsidiyalar və tənzimləyici güzəştlər vasitəsilə köpüyün daha da şişirdilməsinə son qoyulmasını, vətəndaşların pensiya yığımlarının həddindən artıq risklərdən daha yaxşı qorunmasını və maliyyə sisteminin dayanıqlığının artırılmasını tələb edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑