İqtisadiyyat · Trend.az

Azərbaycanda bu yolla ödənişlər 7 dəfədən çox artıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda bu yolla ödənişlər 7 dəfədən çox artıb xəbəri üçün şəkil

Bakı.Trend:

Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi sentyabr ayında 7 dəfədən çox artıb.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik bülletenə əsasən, bu ilin sentyabr ayında AÖS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 2,134 milyard manat, sayı isə 28,698 vahid təşkil edib.

Trend-in bankın məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin sentyabr ayı ilə müqayisədə AÖS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 1,837 milyard manat və ya 7,2 dəfə artıb. Əməliyyatların sayı isə 27,273 milyon ədəd və ya 20 dəfə çoxalıb.

AÖS Azərbaycan Mərkəzi Bankı tərəfindən 2018–2020-ci illər üçün Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində yaradılıb. Sistem 2020-ci ilin avqust ayında pilot rejimdə istifadəyə verilib, həmin il oktyabrın 1-dən isə tam rejimdə fəaliyyətə başlayıb.

AÖS-ün əsas məqsədi fiziki şəxslər, müəssisələr və dövlət qurumları arasında ödənişlərin 24/7/365 rejimində həyata keçirilməsini təmin etməkdir. Hesablaşmalar bank hesabları və sadələşdirilmiş identifikatorlar, o cümlədən fərdi identifikasiya nömrəsi (FİN), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), mobil telefon nömrəsi və elektron poçt ünvanı vasitəsilə 5–10 saniyə ərzində həyata keçirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑