İqtisadiyyat · Ölkə.az

Azərbaycanda yeni körpü inşa olunur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda yeni körpü inşa olunur xəbəri üçün şəkil

Bu barədə Ölkə.az-a AAYDA-dan məlumat verilib.

Bildirilib ki, görülən işlər çərçivəsində Aşağızeyid-Bərqov kəndlərini birləşdirən avtomobil yolunun Caqacuq çayı üzərindən keçən hissəsində iki aşırımlı yeni körpü inşa olunur.

Layihəyə əsasən, körpüyə yanaşma yollarının, həmçinin çay sularının axınının tənzimlənməsinə xidmət edən sunizamlayıcı qanadların bərpası nəzərdə tutulur.

Həyata keçirilən tədbirlərin əsas məqsədi yol infrastrukturunun dayanıqlılığını artırmaq, sel sularının yarada biləcəyi fəsadların qarşısını almaq və vətəndaşların təhlükəsiz, fasiləsiz hərəkətini təmin etməkdir.

Qeyd edək ki, leysan yağışları və selin fəsadlarının aradan qaldırılması istiqamətində bərpa işləri Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑