İqtisadiyyat · Banker.az

“Socare” adlı şirkət yaradılıb - rəhbərliyində SOCAR rəsmiləri var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Socare” adlı şirkət yaradılıb - rəhbərliyində SOCAR rəsmiləri var xəbəri üçün şəkil

Azərbaycanda “Socare” MMC dövlət qeydiyyatına alınıb.

Banker.az xəbər verir ki, şirkət 18 avqust 2026-cı il tarixində qeydiyyatdan keçib. Nizamnamə kapitalı 1 000 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 16-dır.

“Socare” MMC-nin qanuni təmsilçisi Tural Vaqif oğlu Məmmədovdur. O, SOCAR-ın Sosial İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışır.

Şirkətin müşahidə şurasına daxil olan digər şəxslər də “SOCAR Midstream Operations” MMC-də rəhbər vəzifələr tuturlar. Hafiz Ziyafət oğlu Zeynalov aparat rəhbəri, Amid Hacıbəy oğlu Ulubəyov Xəzinədarlıq və pul vəsaitlərinə nəzarət Departamentinin rəisi, Rəşad Fərhad oğlu Həsənov İnzibati işlər Departamentinin rəisi, Tərlan Telman oğlu Tahirov Hüquq Departamentinin rəisi, Tural Qurban oğlu Məmmədov isə İnsan kapitalının inkişafı və funksional mükəmməllik Departamentinin rəisidir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑