İqtisadiyyat · Banker.az

Kartof satışı artıb: Azərbaycan ixracdan 30 milyon dollara yaxın qazandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kartof satışı artıb: Azərbaycan ixracdan 30 milyon dollara yaxın qazandı xəbəri üçün şəkil

2026-cı ilin ilk 9 ayında Azərbaycanın kartof ixracında həm fiziki həcm, həm də əldə edilən gəlir baxımından artım qeydə alınıb.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2025-ci ilin ilk 9 ayında 28.20 milyon ABŞ dolları təşkil edən kartof ixracının statistik dəyəri, 2026-cı ilin eyni dövründə 5.3% artaraq 29.71 milyon ABŞ dollarına çatıb.

Xaricə satılan kartofun fiziki həcmində də artım müşahidə olunub. 2025-ci ilin müvafiq dövründə 70 916.49 ton kartof ixrac edildiyi halda, 2026-cı ilin ilk 9 ayında bu göstərici 9% artaraq 77 407.89 ton təşkil edib.

Kartofun ümumi ixracdakı xüsusi çəkisi 2025-ci ildəki 0.15%-dən 2026-cı ildə 0.12%-ə düşüb. Qeyri-neft sektoru üzrə ixracda kartofun payı isə 2025-ci ilin müvafiq dövründəki 1.06%-dən 2026-cı ilin eyni dövründə 0.45%-ə enib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑