İqtisadiyyat · Banker.az

Fındıq ixracatçısı “Agrarco”nun gəlirləri 3 dəfəyə yaxın artıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fındıq ixracatçısı “Agrarco”nun gəlirləri 3 dəfəyə yaxın artıb xəbəri üçün şəkil

2026-cı ilin yanvar-sentyabr aylarında fındıq və digər meyvələrin istehsalı və ixracı ilə məşğul olan “Agrarco” MMC-nin ixrac gəlirlərində kəskin artım qeydə alınıb.

Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən xəbər verir.

“Agrarco” MMC 2026-cı ilin ilk doqquz ayında 31,3 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırıb.

Şirkət 2025-ci ilin eyni dövründə 11,7 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirmişdi. Beləliklə, hesabat dövründə şirkətin ixrac gəlirləri 19,6 milyon dollar və ya 2,7 dəfə artıb.

Bu göstərici ilə “Agrarco” MMC 2026-cı ilin yanvar-sentyabr göstəricilərinə görə qeyri-neft sektoru üzrə özəl (qeyri-dövlət) ixracatçı subyektlərin reytinqində 8-ci sırada qərarlaşıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑