İqtisadiyyat · AZƏRTAC

Azərbaycandan Qırğızıstana ilk yanacaq partiyalarının göndərilməsinə başlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycandan Qırğızıstana ilk yanacaq partiyalarının göndərilməsinə başlanılıb xəbəri üçün şəkil

Astana, 29 oktyabr,

Azərbaycandan, Türkmənistandan, Belarusdan, Türkiyədən və Çindən Qırğızıstana ilk yanacaq partiyaları daxil olmağa başlayıb. Ölkə bir təchizatçıdan asılılığı azaltmaq məqsədilə neft məhsullarının idxal edildiyi ölkələrin sayını artırır.

AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, bunu Qırğızıstan Neft Məhsulları Ticarətçiləri Assosiasiyasının prezidenti Kanatbek Eşatov bildirib.

Onun sözlərinə görə, əvvəllər Qırğızıstanın əsas yanacaq təchizatçısı Rusiya olub. Hazırda ölkə neft məhsullarının tədarük mənbələrini şaxələndirir. Xüsusilə də Çindən ilk yanacaq partiyalarının dəmir yolu ilə gətirilməsinə başlanılıb.

O qeyd edib ki, Qırğızıstanda dizel yanacağı ilə bağlı vəziyyət sabitdir, lakin benzin bazarında müəyyən qıtlıq qalmaqdadır.

Qırğızıstanın neft məhsullarına illik tələbatı 1,5 milyon tonu ötür.

Elşən Rüstəmov AZƏRTAC-ın xüsusi müxbiri Astana
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑