İqtisadiyyat · Anews.az

Azərbaycan Türkiyə ilə nəqliyyat bağlantılarını genişləndirir - nazir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan Türkiyə ilə nəqliyyat bağlantılarını genişləndirir - nazir xəbəri üçün şəkil

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun illik yükdaşıma qabiliyyəti aparılan yenidənqurma işlərindən sonra 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkiyənin yaranmasının 103 il dönümünə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Türkiyə ilə nəqliyyat əlaqələrini və Orta dəhlizin imkanlarını genişləndirmək üçün birgə səyləri gücləndirir.

Nəbiyev deyib ki, Qars-Naxçıvan və Horadiz-Ağbənd dəmir yolu layihələrinin tamamlanması, həmçinin Naxçıvanda dəmir yolu infrastrukturunun yenilənməsi regionda yeni nəqliyyat imkanları yaradacaq.

Bu layihələrin Araz nəqliyyat dəhlizi vasitəsilə Orta dəhlizin rolunu artıracağını və ölkələr üçün yeni iqtisadi imkanlar açacağını qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi ötən il 5,7 milyard dollar olub.

Azərbaycandan Türkiyəyə indiyədək 20,6 milyard dollar birbaşa investisiya yatırılıb.

Azərbaycan Türkiyənin əsas təbii qaz təchizatçılarından biridir.
Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatına görə, 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi 5,72 milyard dollar təşkil edib.

Gülnar Nazimqızı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑