İqtisadiyyat · Anews.az

Banklar BOKT-lara kredit ayırarkən hansı kriteriyaları nəzərə alır? - Açıqlama

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Banklar BOKT-lara kredit ayırarkən hansı kriteriyaları nəzərə alır? - Açıqlama xəbəri üçün şəkil

Bank olmayan kredit təşkilatlarının kredit portfelləri şəffaf və düzgün idarə olunduğu halda banklardan daha böyük həcmdə və uzunmüddətli maliyyə cəlb etmək üçün təminat rolunu oynaya bilər. Bunu “PAŞA Bank”ın maliyyə institutları və xidmətləri sənayesi üzrə rəhbəri, AMFA İdarəetmə Şurasının üzvü Zahid Əfəndiyev bildirib.


“Banklar və BOKT-lar bir-birlərinə rəqib və ya alternativ deyillər. Bunlar bir-birini tamamlayan maliyyə alətləridir”, – Əfəndiyev deyib. Onun sözlərinə görə, banklar BOKT-lara kredit ayırarkən yalnız maliyyə göstəricilərini deyil, kredit portfelinin keyfiyyətini, idarəetməni, biznesin diversifikasiyasını və likvidliyi də qiymətləndirirlər.


Əfəndiyev Mərkəzi Bankın 2025-ci il Mikromaliyyə Modeli üzrə Strateji Çərçivəsindəki məlumata istinadən bildirib ki, 2024-cü ilin sonunda BOKT-lərin öhdəliklərinin 48 faizi bank kreditləri hesabına maliyyələşdirilib. Həmin vaxt bank kreditlərinin həcmi 155 milyon manat olub. 

O bildirib ki, banklar üçün əsas məsələ BOKT-lara ayrılan vəsaitin həcmi ilə yanaşı, daha böyük, uzunmüddətli və dayanıqlı maliyyələşməni mümkün edən mexanizmlərin qurulmasıdır. “Kredit portfelləri şəffaf olduqda, düzgün idarə edildikdə və hüquqi mexanizmlər işlədikdə, banklara təqdim edilə bilən təminata çevrilir”, – Əfəndiyev deyib.


Əfəndiyev Mərkəzi Bankın mikromaliyyə üzrə strateji çərçivəsini dəstəklədiklərini bildirib. Sənəddə mikrokredit anlayışının hüquqi müəyyənləşdirilməsi, BOKT-lərin maliyyə mənbələrinin diversifikasiyası, risklərin bölüşdürülməsi və institusional inkişafı prioritetlər sırasındadır.


O, tənzimləmənin sektorun inkişafını məhdudlaşdırmaq deyil, dayanıqlığını təmin etmək məqsədi daşımalı olduğunu deyib. Əfəndiyevin sözlərinə görə, proporsional və risk əsaslı yanaşma BOKT-lərin müxtəlif fəaliyyət modellərini və risklərini daha dəqiq qiymətləndirməyə imkan verməlidir.

Gülnar Nazimqızı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑