İqtisadiyyat · Anews.az

Sığortaçılar kredit portfellərinə investisiyanı risk və gəlirə görə qiymətləndirməlidir - Miskərli

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sığortaçılar kredit portfellərinə investisiyanı risk və gəlirə görə qiymətləndirməlidir - Miskərli xəbəri üçün şəkil

Sığorta şirkətləri kredit portfellərinə investisiya imkanını gözlənilən gəliri, riskləri və likvidlik ehtiyaclarını nəzərə alaraq qiymətləndirməlidir. Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Abas Miskərli bildirib.

Onun sözlərinə görə, sığortaçılar böyük ödənişləri vaxtında qarşılamaq üçün kifayət qədər likvid vəsait saxlamalıdır.

Ödəniş üçün vəsait çatmadıqda şirkət istiqrazlarını satmalı ola bilər; buna görə investisiya qərarlarında likvidliyin qorunması vacibdir.

Miskərli bildirib ki, kredit portfeli düzgün formalaşdırılıb diversifikasiya olunarsa, sığortaçı üçün risk azala bilər. İnvestisiyanın əlavə gəliri riski kompensasiya edirsə, belə maliyyələşməni nəzərdən keçirmək olar.

“Mən sığorta şirkətinin rəhbəri olsaydım, ‘niyə də yox?’ deyə bilərdim. Sadəcə, risk mükafatının buna dəyib-dəymədiyinə və kifayət qədər vəsaitimin olub-olmadığına baxardım”, – o deyib.

Gülnar Nazimqızı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑