İdman · Banker.az

Azərbaycanda idmanla məşğul olanların sayı azalır – Qadınların payı isə yüksəlib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda idmanla məşğul olanların sayı azalır – Qadınların payı isə yüksəlib xəbəri üçün şəkil

Azərbaycanda bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı 2025-ci ildə azalsa da, qadınların bu göstəricidəki xüsusi çəkisi bir qədər yüksəlib.

Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ilin sonunda ölkədə bədən tərbiyəsi və idmanla məşğul olan qadınların sayı 829,1 min, kişilərin sayı isə 1 milyon 52,1 min nəfər təşkil edib.

Müqayisə üçün, 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 829,6 min və 1 milyon 69,2 min nəfər idi. Beləliklə, bir il ərzində idmanla məşğul olan qadınların sayı 500 nəfər, kişilərin sayı isə 17,1 min nəfər azalıb.

Ümumilikdə idmanla məşğul olanların sayı 2024-cü ildəki 1 milyon 898,8 min nəfərdən 2025-ci ildə 1 milyon 881,2 min nəfərə düşüb. Bununla belə, qadınların ümumi göstəricidəki payı 43,7 faizdən 44,1 faizə yüksəlib.

İdman seksiyalarında məşğul olanların bölgüsündə isə fərq daha böyükdür. 2025-ci ildə bu seksiyalarda 69 276 qadın və 318 583 kişi məşğul olub. Beləliklə, təşkil olunmuş idman seksiyalarında iştirak edənlərin yalnız 17,9 faizini qadınlar təşkil edib.

Rəqəmlər göstərir ki, ümumi idman fəaliyyəti üzrə qadınların payı 44 faizə yaxın olsa da, idman seksiyalarında onların təmsilçiliyi xeyli aşağı səviyyədədir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑