Misli Premyer Liqasının X turunun “Turan Tovuz” – “Sabah” oyunundan (3:2) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Qələbəyə görə çox şadam. Oyunun sonlarında tempdən düşdük, amma ümumi nəticədən razıyam.
– Bugünkü qələbədə həlledici məqam nə oldu?
– Çempionlar oyuna yaxşı köklənmişdik. Futbolçular özlərini sübut etmək istəyirdi. Digər vacib məqam isə intizamlı oyunumuz idi.
– Kapitan yersiz sarı vərəqə aldı. Onu bağışlamaq olar?
– Həmin epizodda bir az emosional davranış oldu. Çox şərh vermək istəmirəm.
– Tovuzun voleybol komandası avrokuboklarda çıxış edir. Bəs, azarkeşlər yeni mövsümdə futbol klubunu da beynəlxalq arenada görə biləcək?
– “Turan”ın oyunlarını izlədim. Onlara görə həyəcan keçirirdim. Şükürlər olsun, yaxşı nəticə qazandılar. Ümid edirəm ki, Bolqarıstan təmsilçisinə də qalib gələrlər. Bu, tovuzlu azarkeşlər üçün bayramdır. Biz də öz növbəmizdə dəstəyimizi davam etdirəcəyik.
Şahin Cəfərov




