İdman · İdman.biz

Azərbaycan güləşçiləri Estoniyada yeddi medal qazanaraq komanda hesabında birinci olublar - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan güləşçiləri Estoniyada yeddi medal qazanaraq komanda hesabında birinci olublar - FOTO xəbəri üçün şəkil

Oktyabrın 23-25-də Estoniyanın Rakvere şəhərində yunan-Roma güləşi üzrə U15 və U17 yaş kateqoriyalarında “Georg Lurich Memorial” beynəlxalq turniri keçirilib.

İdman.Biz xəbər verir ki, milli komandanın məşqçiləri Taleh Məmmədov, Rafiq Hüseynov və Turac Hüseynlinin rəhbərliyi altında yarışda çıxış edən yunan-Roma güləşçilərimizdən yeddisi fəxri kürsüyə qalxıb.

U17 yaş qrupunda Elmir Çərkəzov (60 kq) və İsfahan Həsənov (80 kq) qızıl, Raul Məmmədzadə (62 kq), Fərid Ağayev (44 kq) və Nadir Həsənov (71 kq) gümüş, Əli Məmmədov (71 kq) və Zəka Yusubov (80 kq) isə bürünc medal qazanıb.

Beləliklə, əldə olunan nəticələrə əsasən millimiz turniri komanda hesabında birinci pillədə başa vurub.

İkinci yeri Gürcüstan, üçüncü yeri isə Özbəkistan tutub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑