İdman · Yeni Çağ

“Turan Tovuz”a məğlubiyyətin məsuliyyətini mən daşıyıram” - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Turan Tovuz”a məğlubiyyətin məsuliyyətini mən daşıyıram” - Yeni Çağ xəbəri üçün şəkil

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 10-cu turunun “Turan Tovuz”la (3:2)matçından sonra mətbuat konfransında iştirak edib.

Yenicag.az xəbər verir ki, litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

“Turan Tovuz”u qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün bizdən daha yaxşı çıxış etdilər və qələbəyə layiq idilər. Bu gün çox gözəl atmosfer var idi. Biz hər dəfə bura gələndə, bu cür atmosferi görürük. Qonaq komandanın azarkeşləri çox yaxşı atmosfer yaratmışdılar. Bolqollu oyunun şahidi olduq. İkili mübarizələr gördük. “Turan Tovuz” bu cür atmosferdən qalib ayrıldı. Bu məğlubiyyətdə mənim taktiki bəzi səhvlərim oldu. Çünki 2:1-dən sonra bəzi hallar oldu ki, artıq səvhlər etdiyimiz göründü. İkinci hissəyə daha yaxşı başladıq, iki qol vurduq. Komandam ikinci hissədə çempionluq xarakteri göstərdik. Birinci hissədə isə rəqibə çox boşluqlar verdik. Onlar da bundan yararlandılar. “Turan Tovuz”a məğlubiyyətin məsuliyyətini mən daşıyıram. Bəzi taktiki planlarımız var idi ki, onlar bu gün işlədiyimiz şəkildə işləmədi.

– Növbəti sınağınız “Vikinq”ə qarşı olacaq. Qısa müddətdə komandanı psixoloji cəhətdən toparlaya biləcəksiniz?

– Biz artıq 6 oyundur ki, bu cür sıx qrafikdə oynayırıq. 3-4 gündən bir oyunumuz olur. Bərpa olunmaq üçün çox az vaxtımız qalır. Bəzən cəmi 1 taktiki məşqimiz, iclasımız olur. Bu şəkildə hazırlaşaraq, oyunlara çıxırıq. Artıq Bakıya geri qayıdırıq, səhər saatlarında paytaxtda olacağıq. Şənbə günü futbolçulara istirahət vermişəm. Bazar günü məşqimiz var və burada bərpa keçənlər, oynamayanlar məşqə çıxacaq. Bazar ertəsi məşq etdikdən səfərə çıxacağıq. Bərpa üçün tam istədiyimiz olmasa da, Çempionlar Liqası bizim istədiyimiz, arzuladığımız idi. Çalışacağıq ki, çərşənbə günü ən yaxşısını meydanda göstərək.

– Velko Şimiç və Umarali Raxmonaliyev “Vikinq”lə oyuna qədər tam hazır olacaqlar?

– Umarali hazırdır. Sadəcə biz istədik ki, digər oyunlarda gümrah oldu. Tonusda qalması üçün ona istirahət vermək qərarına gəldik. Simiç zədəlidir, inanıram ki, kiçik şansımız olsa da, onu “Vikinq”lə görüşdə meydanda görəcəyik.

– “Vikinq” mart ayından bu yana evdə uduzmur, cəmi bir dəfə heç-heçə edib. O da “Bavariya”ya qarşı. Onların seriyasını sındıracaq potensialı özünüzdə görürsünüz?

– Hər oyun çətindir. Onlar 14 oyundur məğlub olmurlarsa, o demək deyil ki, biz ora getməməliyik, döyüşməməliyik. Orada görəcəyik. Çalışacağıq ki, rəqibin zəif cəhətlərini öyrənək və bizə uyğun nəticə ilə geri qayıdaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑