İdman · İdman.biz

“Barselona” 18 yaşlı qapıçı ilə uzunmüddətli müqavilə imzaladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Barselona” 18 yaşlı qapıçı ilə uzunmüddətli müqavilə imzaladı xəbəri üçün şəkil

“Barselona” klubunun 18 yaşlı qapıçısı İker Rodriqeslə müqaviləsi uzadılıb.

İdman.Biz xəbər verir ki, kataloniyalılar akademiyanın perspektivli yetirmələrindən hesab olunan futbolçu ilə 2029-cu ilin yayına qədər yeni müqavilə imzalayıblar. Sözləşmənin daha iki mövsüm uzadılması imkanı da nəzərdə tutulub.

Rodriqes hazırda İspaniya futbolunun dördüncü səviyyəli liqasında çıxış edən “Barselona Atletik”in əsas qapıçısıdır. Gənc futbolçu bu mövsüm əsas komandanın heyətinə də cəlb olunub.

Belə ki, kataloniyalıların baş məşqçisi Hans-Diter Flik əsas qapıçı Joan Qarsiyanın zədələnməsindən sonra Rodriqesi “Sevilya” ilə oyunun iştirak ərizəsinə daxil edib.

Qapıçının əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi. Bir neçə Avropa klubunun ona maraq göstərməsi fonunda yeni sözləşmə ilə bağlı danışıqlar hələ iyul ayında başlasa da, yekun razılığın əldə olunması müəyyən vaxt aparıb.

Qeyd edək ki, Rodriqes İspaniyanın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑