İdman · Baku.ws

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb xəbəri üçün şəkil

"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının cari mövsümündə mübarizəni dayandırıb.

BAKU.WS xəbər verir ki, Naxçıvan təmsilçisi əsas mərhələnin V qrupunda son matçını Polşanın "Piast" komandasına qarşı keçirib.

Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da baş tutan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Azərbaycan çempionu qrupu 3 xalla başa vurub.

Qeyd edək ki, ilk görüşdə Macarıstanın "Uypeşt" komandasına 5:4 hesabı ilə qalib gələn "Araz-Naxçıvan" II turda Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"ya uduzub - 3:5.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑