İdman · Apasport.az

Millimiz Estoniyada birinci oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Millimiz Estoniyada birinci oldu xəbəri üçün şəkil

Estoniyanın Rakvere şəhərində yunan-Roma güləşi üzrə U-15 və U-17 yaş kateqoriyalarında “Georg Lurich Memorial” beynəlxalq turniri keçirilib.

Apasport.az xəbər verir ki, milli komandanın məşqçiləri Taleh Məmmədov, Rafiq Hüseynov və Turac Hüseynlinin rəhbərliyi altında yarışda çıxış edən yunan-Roma güləşçilərimizdən 7-si fəxri kürsüyə qalxıb.

U-17 yaş qrupunda Elmir Çərkəzov (60 kq) və İsfahan Həsənov (80 kq) qızıl, Raul Məmmədzadə (62 kq), Fərid Ağayev (44 kq) və Nadir Həsənov (71 kq) gümüş, Əli Məmmədov (71 kq) və Zəka Yusubov (80 kq) isə bürünc medal qazanıb.

Beləliklə, əldə olunan nəticələrə əsasən millimiz turniri komanda hesabında birinci pillədə başa vurub. İkinci yeri Gürcüstan, üçüncü yeri isə Özbəkistan tutub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑