İdman · Baku.ws

"Turan Tovuz" - "Sabah" qarşılaşmasında 5 qol vuruldu, çempion məğlub oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Turan Tovuz" - "Sabah" qarşılaşmasında 5 qol vuruldu, çempion məğlub oldu xəbəri üçün şəkil

Misli Premyer Liqasının 10-cu turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub.

BAKU.WS xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Enrike Silva (28), Joralem Santos (30, 37) rəqib qapısından keçiriblər. Bakı təmsilçisinin heyətində Coy Lens Mikels (70) və Ksander Severina (87) fərqləniblər.

Ehtiyatda daha bir oyunu olan Bakı klubu bu qələbədən sonra 20 xalla birinci pillədə qərarlaşıb. Qərb təmsilçisi isə 10 matçdan sonra 18 xalla dördüncüdür.

Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq.

08:00

Bu gün Misli Premyer Liqasının X turunun oyunlarına start veriləcək.

Oxu.Az xəbər verir ki, turun ilk qarşılaşmasında "Turan Tovuz" doğma meydanda "Sabah"ı qəbul edəcək.

Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 18:30-da başlayacaq.

Misli Premyer Liqası

X tur

30 oktyabr

18:30. "Turan Tovuz" - "Sabah".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑