Yaltada fövqəladə vəziyyət elan edilib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, güclü yağışlardan sonra baş verən daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.
Agentliyin məlumatıan görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krım Respublikası üzrə Baş İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, 17-19 oktyabr tarixləri arasında Yaltada 400 millimetrdən çox yağıntı düşüb.
Ən pis vəziyyət Krımın cənub sahilindəki Koreiz şəhər tipli qəsəbəsində qeydə alınıb.
Burada daşqınların fəsadları gecə ərzində aradan qaldırılıb.
Briqadalar küçələri zibildən təmizləyib və müvəqqəti bəndlər quraşdırıblar.
Yaltada, eləcə də Aluşta , Sudak , Feodosiya və Baxçisaray rayonunda işıq dirəkləri və ağacları aşıb.




