Dünya · Trend.az

Nə axmaq, nə də koram, müharibə labüddür - Vuçiç

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nə axmaq, nə də koram, müharibə labüddür - Vuçiç xəbəri üçün şəkil

Bakı.Trend:

Avropa ölkələrinin sürətlə silahlanması fonunda dünya genişmiqyaslı hərbi münaqişəyə doğru irəliləyir. Üçüncü dünya müharibəsi labüddür.

Bunu Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç rusiyalı jurnalist Kseniya Sobçakla müsahibəsində bildirib.

Vuçiçin sözlərinə görə, Skandinaviya ölkələri və İsveç də daxil olmaqla, Avropa dövlətləri silahlanmaya çəkilən xərcləri fəal şəkildə artırırlar. O, buna misal olaraq Almaniyanın “Rheinmetall” müdafiə konsernini göstərib. Şirkətin mənfəəti 17 dəfə artıb.

“Mən nə axmaq, nə də koram. Avropanın necə silahlandığını görmürsünüzsə, deməli, bunu görməzdən gəlirsiz. Bəs niyə silahlanır? Nə üçün?” – deyə siyasətçi bildirib.

Vuçiç baş verənləri Anton Çexovun dramaturgiyası ilə müqayisə edərək, ilk pərdədə səhnəyə çıxarılan tüfəngin üçüncü pərdədə atəş açmalı olması prinsipini xatırladıb.

Serbiyanın keçmiş prezidentinin fikrincə, Avropa Rusiyadan müdafiə olunmaq zərurətini əsas gətirərək hərbi potensialını artırmaqda davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑