Dünya · Günün Səsi

Avropada benzinin qiyməti yeni rekord qırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropada benzinin qiyməti yeni rekord qırdı xəbəri üçün şəkil

RİA Novosti agentliyinin məlumatına istinadən verdiyi məlumata görə, Avropanın ən böyük qaz qovşağının TTF indeksinə əsasən noyabr ayı üçün qaz fyuçerslərinin qiyməti min kubmetr üçün təxminən 1043 dollara yüksəlib.

Gununsesi.info xəbər verir ki, fyuçers müqaviləsi 1027,60 dollardan (0,6% artım) satılırdı və Moskva vaxtı ilə saat 14:20-yə qədər bu rəqəm 1042,90 dollara (2,1% artım) çatmışdı. Qeyd edək ki, qiymət dəyişiklikləri əvvəlki ticarət gününün hesablaşma qiymətinə əsaslanır, həmin vaxt min kubmetr qaz üçün mübadilə qiyməti 1021,10 dollar idi.

Qeyd olunur ki, Avropada qazın birja qiymətləri 2021-2022-ci illərdə pik həddə çatıb və 2022-ci ilin yazının əvvəlində kotirovkalar min kubmetr üçün 3892 dollar olmaqla tarixi rekord səviyyəyə çatıb.

Maqsud

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑