Sosial · Baku.ws

Lahıcın məşhur balının hazırlanma prosesi – arıçıdan maraqlı açıqlamalar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lahıcın məşhur balının hazırlanma prosesi – arıçıdan maraqlı açıqlamalar xəbəri üçün şəkil

İsmayıllı rayonuna media tur çərçivəsində jurnalistlər Lahıc qəsəbəsində fəaliyyət göstərən yerli arıçılıq təsərrüfatlarından biri ilə də tanış olublar.

BAKU.WS xəbər verir ki, media nümayəndələri Lahıc sakini Ağadadaş Abbasovun arıçılıq təsərrüfatında olaraq burada həyata keçirilən iş prosesi barədə məlumat əldə ediblər.

Ağadadaş Abbasov jurnalistlərə balın hazırlanması və süzülməsi mərhələləri, müxtəlif çeşidlər, məhsulun keyfiyyət xüsusiyyətləri, eləcə də satış qiymətləri barədə məlumat verib. Təsərrüfatda arıçılığın yerli sakinlərin məşğulluğunda və ailə təsərrüfatlarının gəlirlərinin formalaşmasında rolu ilə bağlı da fikir mübadiləsi aparılıb.

Səfər zamanı media nümayəndələrinin təsərrüfatın fəaliyyəti, istehsal olunan məhsullar və arıçılığın inkişaf perspektivləri ilə bağlı sualları cavablandırılıb.

Qalereya

Lahıcın məşhur balının hazırlanma prosesi – arıçıdan maraqlı açıqlamalar Lahıcın məşhur balının hazırlanma prosesi – arıçıdan maraqlı açıqlamalar Lahıcın məşhur balının hazırlanma prosesi – arıçıdan maraqlı açıqlamalar

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑