Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyev idarəetməni itirib, nəticədə "KİA" markalı avtomobil yoldan çıxaraq divara çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun həyat yoldaşı, Kəlbəcər şəhər sakini 1975-ci il təvəllüdlü Əminə Nuriyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.



