Hadisə · Sfera.az

Bakıda daha bir faciə: ölən var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda daha bir faciə: ölən var xəbəri üçün şəkil

Oktyabrın 28-də Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq yıxılaraq ölüb.

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində qeydə alınıb.

Məlumata görə, 2024-cü il təvəllüdlü A.İsmayılovun anası mağazaya gedərkən azyaşlını müvəqqəti olaraq qonşusuna tapşırıb.

Qadın geri qayıdarkən övladının pilləkəndən yıxılaraq öldüyünü görüb. Hadisədən sonra uşağın anası ilə qonşusu arasında əlbəyaxa dava düşüb.

Hadisə zamanı azyaşlının atası işdə olub.

Uşağın hansı şəraitdə və hansı səbəbdən öldüyü araşdırılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑