Paytaxtda skuterin iştirakı ilə baş verən qəzada bir gənc həyatını itirdi.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, bu gün səhər saat 04:00 radələrində, paytaxtın Nərimanov rayonu ərazisində, Aqşin Mirzəbəylinin idarə etdiyi “Toyota” markalı avtomobillə skuter sürən Abdulla Əliyev vurulub. Svetoforla nizamlanan piyada keçidində kobud qayda pozuntularının müşayəti ilə baş verən qəzada 23 yaşlı A.Əliyev hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha skuter və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarının həyat əhəmiyyətli olduğunu unutmamağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır”, -deyə məlumatda bildirilir.
https://www.youtube.com/watch?v=GsxoJN6ZGZA
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə M.Maqomayev prospektində baş verib. "Hyunday" və "Şevrolet" markalı avtomobillərin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan sərnişin 2010-cu il təvəllüdlü Murad Novruzlu və taksi xidməti kimi istifadə olunan avto
Ötən gün Nefçala rayonunda ağır yol qəzasında xəsarət alan gənc ölüb. Sfera.az xəbər verir ki, avtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən rayonun Kürkənd sakini, 2005-ci il təvəllüdlü Hacıbaba Əhmədli müalicə aldığı rayon xəstəxanasında bu gün vəfat edi
“Suaz” MMC-yə məxsus su aparatları bir qrup şəxs tərəfindən sındırılaraq qarət olunub. Tezadlar.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şirkətdən məlumat verilib. Bildirilib ki,…
Qaziosmanpaşada Canan Ərdoğan (41) iki uşağını götürüb səki ilə evə gedərkən sürətlə gələn mikroavtobusu görüb. Son anda uşaqlarını kənara itələyən Ərdoğan mikroavtobusun altına düşüb.…
Almaniyanın Bremerhaven Limanından 20 günlük Kanar adaları turuna çıxmağa hazırlaşan nəhəng kruiz gəmisi şiddətli fırtınanın qurbanı olub. Sərnişin gəmisi yük gəmisi ilə toqquşub. Tezadlar.az…