Hadisə · Baku.ws

Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat xəbəri üçün şəkil

Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib.

Məlumata görə, 2024-cü il təvəllüdlü A.İsmayılovun anası mağazaya gedərkən uşağı müvəqqəti olaraq qonşusuna tapşırıb. Qadın geri qayıtdıqda övladının pilləkəndən yıxılaraq öldüyünü görüb.

Hadisədən sonra uşağın anası ilə qonşusu arasında əlbəyaxa dava düşüb.

Hadisə baş verən zaman uşağın atası işdə olub.

Azyaşlının hansı şəraitdə və hansı səbəbdən öldüyü araşdırılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑