Hadisə · Baku.ws

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı xəbəri üçün şəkil

Abşeron rayonunda kişi borc aldığı arvadını bıçaqlayıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sabir Əliyev (ad və soyad şərtidir - red.) həyat yoldaşından borc alıb və bir neçə günə qaytaracağına söz verib.

Müddət başa çatandan sonra həyat yoldaşı Sabirdən verdiyi pulu geri istəyib və ər-arvad arasında mübahisə yaranıb.

Mübahisə nəticəsində Sabir həyat yoldaşını döyərək bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və Sabir saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı ər-arvad arasında barışıq elan olunub və cinayət işinə xitam verilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑