Hadisə · Lent.az

Masallıda "Subaru" "Zil"lə toqquşdu, ölən var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Masallıda "Subaru" "Zil"lə toqquşdu, ölən var xəbəri üçün şəkil

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə axşam saatlarında rayonun Musaküçə kəndi ərazisində qeydə alınıb.

Sakit İsmayılovun idarə etdiyi "Subaru" markalı nəqliyyat vasitəsi Məzahir Əkbərovun idarə etdiyi "Zil" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "Subaru"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Nəqliyyat vasitəsində sərnişin qismində olan 60 yaşlı Taleh Həsənov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑