Hadisə · Təzadlar

İnanılmaz! Cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat etdi - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İnanılmaz! Cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat etdi - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Amerikalı cərrah Vipul Patel xərçəng xəstəliyindən əziyyət çəkən pasiyent üzərində prostat vəzinin çıxarılması üzrə əməliyyatı ilk dəfə olaraq məsafədən həyata keçirib. O, əməliyyat otağından təxminən 55 kilometr uzaqlıqda yerləşən xəstəxanadan robotlaşdırılmış sistemi idarə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Əməliyyat ABŞ-nin Florida ştatında keçirilib. 66 yaşlı pasiyent Minneola şəhərindəki “AdventHealth” xəstəxanasında olub, Patel isə Orlandonun yaxınlığında yerləşən Selebreyşn şəhərindəki “AdventHealth Celebration” tibb mərkəzindən əməliyyatı idarə edib. Həkim robotlaşdırılmış telecərrahiyyə sisteminin köməyi ilə cərrahi alətləri məsafədən idarə edərək prostat vəzini uğurla çıxarıb.

Əməliyyat zamanı pasiyentin yanında başqa bir ixtisaslı cərrah da olub. Əməliyyatdan sonra kişinin vəziyyəti sabit qalıb.

Bu prosedur ABŞ-nin Qida və Dərman Administrasiyasının (FDA) təsdiqlədiyi klinik tədqiqat çərçivəsində həyata keçirilib. Tədqiqatın məqsədi məsafədən robotlaşdırılmış cərrahiyyənin təhlükəsizliyini, effektivliyini və texniki imkanlarını qiymətləndirməkdir.

Vipul Patelin sözlərinə görə, gələcəkdə bu texnologiya iri tibb mərkəzlərindən uzaqda yaşayan insanların ixtisaslaşmış tibbi yardıma çıxış imkanlarını genişləndirə bilər.

Tədqiqat çərçivəsində daha əvvəl də Orlando və Anqolanın paytaxtı Luandadakı xəstəxanalar arasında məsafədən robotlaşdırılmış əməliyyatlar aparılıb. Həmin tibb müəssisələri arasındakı məsafə 11 min kilometrdən çox olub.

Tədqiqatçılar texnologiyanın imkanlarını qiymətləndirməyə davam edirlər. Hazırda bu üsul klinik sınaq mərhələsindədir və onun daha geniş tətbiqinə başlanılması üçün məsafədən aparılan əməliyyatların təhlükəsizliyi və etibarlılığı təsdiqlənməlidir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑