Dünya · Baku.ws

İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir xəbəri üçün şəkil

Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib.

"İran son iki il ərzində xoş niyyətlə danışıqlar aparıb, lakin hər dəfə diplomatiya ilə deyil, hərbi hücumla üzləşib. Bu vəziyyət təkrarlanmayacağına dair etibarlı təminatlar olmadan danışıqların bərpasına münasibətdə dərin etimadsızlıq yaradıb. Bununla belə, İran dialoq qapısını açıq saxlayıb. Qətər vasitəsilə konkret yeddi günlük plan təqdim etdik və bildirdik ki, zəruri şərtlər təmin olunarsa, boğaz yenidən açıla və normal dəniz nəqliyyatı yeddi gün ərzində bərpa edilə bilər. İndi seçim ABŞ-nin qarşısındadır", - deyə o əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑