Dünya · Azxeber.com

Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü xəbəri üçün şəkil
Hindistanın Kəlkətə şəhərində keçirilən "Durqa-puca” bayramı zamanı baş verən sıxlıq nəticəsində azı 17 nəfər əzilərək həlak olub, 25-dən çox insan xəsarət alıb.
NDTV telekanalı xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Dəhşətli hadisə şəhərin şimalında yerləşən pavilyonda baş verib. Polisin bildirdiyinə görə, yerli vaxtla saat 19:40 radələrində qəfil başlayan yağış səbəbindən pavilyonun çıxışında böyük insan kütləsi toplanıb və nəticədə güclü sıxlıq yaranıb.
Hadisə şahidlərinin sözlərinə görə, bayrama gələnlərin çoxu huşunu itirib, bəzi yaralıları xəstəxanaya motosikletlərlə aparmalı olublar. Şahidlərdən biri pavilyonun giriş və çıxışının çox dar olduğunu, həmçinin ərazidə işıqlandırmanın olmadığını bildirib.
Qeyd edək ki, "Durqa-puca” Qərbi Benqal ştatında ilahə Durqaya həsr olunmuş ən böyük bayram sayılır və Kəlkətədə xüsusi təmtəraqla qeyd edilir. Şəhər pavilyonlarında bu mərasimlər il boyunca hazırlanan genişmiqyaslı ictimai tədbirlərə çevrilir.   ///qafqazinfo///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑