Dünya · Günün Səsi

Fransada etiraz aksiyalarında 272 nəfər saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada etiraz aksiyalarında 272 nəfər saxlanılıb xəbəri üçün şəkil

Fransada yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən kütləvi etiraz aksiyaları zamanı 272 nəfər saxlanılıb.

Gununsesi.info xəbər verir ki, saxlanılanlardan 160-dan çoxu paytaxt Parisdə tutulub.

Yelisey çöllərində keçirilən icazəsiz nümayiş zamanı polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.

Bildirilib ki, 100-dən çox aksiya iştirakçısı Fransa hakimiyyətinin siyasətini tənqid edərək polis əleyhinə şüarlar səsləndirib.

Etirazçılar Yelisey sarayının yaxınlığında avtomobillərin hərəkətini qismən məhdudlaşdırdıqdan sonra polis aksiyanı dağıdıb.

Təhlükəsizlik məqsədilə Klemanso meydanından Konkord meydanına qədər nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində kütləvi nümayişlər keçirilir. Həmkarlar ittifaqlarının hesablamalarına görə, aksiyalara 500 mindən çox insan qatılıb.

Bəzi şəhərlərdə etirazlar iğtişaşlara və polislə qarşıdurmalara çevrilib.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑