Dünya · Axar.az

İsrailli köçkünlər avropalı diplomatlara hücum etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrailli köçkünlər avropalı diplomatlara hücum etdi xəbəri üçün şəkil

İsrailli köçkünlər Qərbi Şəriyədə fələstinlilərin Taybeh kəndinə gələn avropalı diplomatlara hücum ediblər.

Axar.az xəbər verir ki, bu barədə İsrail Ordusu Radiosu məlumat yayıb.

Bildirilib ki, hücum edənlər Fransa, Belçika və Polşadan olan diplomatların maşınlarına daş atıblar, həmçinin Belçika konsulluğuna məxsus avtomobilin şüşəsini sındırıblar.

Şahidlərin sözlərinə görə, hadisə yerinə kvadrosikllərlə gələn yeddi maskalı sakin diplomatik maşını mühasirəyə alaraq sənədləri təqdim etməyi tələb edib. Ordu Radiosunun yayımladığı görüntülərdə maşınlardan birinə daş atıldığı və şüşəsinin sındırıldığı görünür. Videoda həmçinin diplomatlardan birinin yerdə uzandığı da görünür.

İsrail polisi hücumun görüntülərini aldıqdan sonra araşdırma başladıb.

Polis zorakılığı pisləyib və bütün iştirakçıları məsuliyyətə cəlb etmək niyyətində olduğunu bildirib.

Hücum fələstinlilərin mütəmadi olaraq İsrail köçkünləri tərəfindən zorakılıqla üzləşdiyi Qərbi Şəriyədə davam edən gərginlik fonunda baş verib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑