Sosial · Baku.ws

Gəncəyə üçüncü dəfə raket atılmasından altı il keçir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gəncəyə üçüncü dəfə raket atılmasından altı il keçir xəbəri üçün şəkil

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncəyə üçüncü raket hücumundan altı il ötür.

BAKU.WS xatırladır ki, bu, gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi idi.

Hücum nəticəsində ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəymişdi.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑