Dünya · Bakupost.az

“Yerə çırpılacağıq, vaxtımız qalmayıb” - Dəhşətli qəzanın səsyazısı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Yerə çırpılacağıq, vaxtımız qalmayıb” - Dəhşətli qəzanın səsyazısı xəbəri üçün şəkil

ABŞ-nin Florida ştatında 9 nəfərin ölümü ilə nəticələnən “Learjet 60” markalı özəl biznes təyyarəsinin qəzaya uğraması zamanı səsyazısı üzə çıxıb.


"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, pilot qəza anından əvvəl təyyarənin sürətlə düşdüyünü bildirib.
“Dəqiqədə 20 min fut alçalırıq, yerə çırpılacağıq, vaxtımız qalmayıb”, – deyə pilotun səsyazısında qeyd olunur.
Qeyd edək ki, pilot kəskin buzlaşma və şiddətli turbulensiya barədə məlumat verdikdən dərhal sonra idarəetməni itirib və təyyarə yaşayış binasının üzərinə çırpılaraq güclü partlayışa səbəb olub.
Xatırladaq ki, qəza nəticəsində təyyarənin göyərtəsində olan 9 nəfərin hamısı həyatını itirib, hadisə yerində yaranan təhlükəli vəziyyətə görə ərazidən 600-dən çox sakin təxliyə edilib. Texasdan Baham adalarına doğru istiqamət götürən təyyarənin qəzaya uğrama səbəbləri ilə bağlı Mülki Aviasiya Qurumları tərəfindən araşdırmalar davam etdirilir.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑