Dünya · Bakupost.az

Tramp konqresmeni istefaya çağırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp konqresmeni istefaya çağırdı xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib.


"Bakupost" xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərhal istefa verməlidir", - deyə ABŞ prezidenti bildirib.
Bundan əvvəl "Fox News" telekanalı federal istintaqın gedişi ilə tanış olan mənbələrə istinadən konqresmenin əsl adının İlhan Nur Səid Elmi olduğunu iddia edib.
Jurnalistlərin dərc etdiyi məhkəmə sənədlərində siyasətçinin adının hər iki variantına rast gəlinir.
Qeyd edək ki, İlhan Omarın nümayəndəsi siyasətçinin Konqresə seçilərkən və and içərkən guya başqa addan istifadə etməsi barədə ABŞ mediasında yayılan məlumatı təkzib edib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑