Türkiyənin Antalya şəhərindən ümrə ziyarətinə gedən 68 yaşlı Ali Gökmen oğlu Turan Gökmenin ölümündən təxminən 20 ay sonra Məkkədə dünyasını dəyişib.
Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, Antalyanın Döşemealtı rayonunda yaşayan Ali Gökmen 2025-ci il fevralın 18-də oğlu Turan Gökmenlə birlikdə ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına yollanıb. Ziyarət zamanı halı pisləşən Turan Gökmen vəfat edib. O, atasının iştirakı ilə Məkkədə dəfn olunub.
Oğlunun dəfnindən sonra Türkiyəyə qayıdan Ali Gökmen bu il yenidən ümrə ziyarətinə gedib. O, oktyabrın 22-də oğlunun Məkkədəki məzarını ziyarət edərkən qəfil halı pisləşib və vəfat edib.
Bildirilib ki, Ali Gökmenin Məkkədə dəfn olunması planlaşdırılır.
Əliyar Xəlil,






