Türkiyədə saxlanılan sabiq baş müşavir kimdir? - DOSYE
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabiq baş müşaviri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş deputatı Ertan Aydın saxlanılıb. O, Kapital Bazarları Şurasının təqdim etdiyi hesabatlar və rəsmi müraciətlər əsasında aparılan istintaq çərçivəsində tutulub.
"Bakupost" sabiq müşavirin dosyesini təqdim edir.
Ertan Aydın 6 iyun 1971-ci ildə Türkiyənin Ərdahan şəhərində anadan olub. O, politoloq, sosioloq və keçmiş millət vəkilidir.
Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirən Aydın Bilkent Universitetində siyasi elmlər və dövlət idarəçiliyi üzrə magistratura və doktorantura təhsili alıb.
Çankaya Universitetində Siyasi elmlər və beynəlxalq münasibətlər sahəsində dosent elmi dərəcəsini alan Aydın Harvard və Dartmut universitetlərində tədqiqatçı kimi fəaliyyət göstərib. O, həmçinin Çankaya Universitetində müəllim işləyib.
2012–2014-cü illərdə Baş nazirin siyasi məsələlər üzrə baş müşaviri vəzifəsini tutub. Aydın, eyni zamanda, Pollmark Araşdırma Şirkətinin qurucularından biridir.
İngilis dilini çox yaxşı, alman dilini isə orta səviyyədə bilir. Evlidir, üç övladı var.
Lalə, BakuPost
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.


