Dünya · Bakupost.az

Pezeşkian SEPAH generalını özünə müşavir təyin etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pezeşkian SEPAH generalını özünə müşavir təyin etdi xəbəri üçün şəkil

İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məcid bin ər-Rzanı özünə müdafiə məsələləri üzrə müşavir təyin edib.


"Bakupost" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Prezident rəsmi fərmanla Məcid bin ər-Rzanı milli müdafiə üzrə müşaviri təyin edib. Pezeşkian ümid edir ki, yeni müşavir praktik tövsiyələr verməklə hökumətin bu sahədəki məqsədlərinə çatmasına və ölkənin qarşısında duran problemlərin həllinə töhfə verəcək", - məlumatda bildirilib.
Məcid ibn ər-Rza Əziz Nəsirzadənin Amerika və İsrail hücumlarında həlak olmasından sonra İranın müdafiə naziri vəzifəsini icra edib.
18 oktyabrda İran parlamenti Mehrdad Əxlaqi Kitabçini ölkənin yeni müdafiə naziri kimi təsdiqləyib. Onun namizədliyini parlamentə Məsud Pezeşkian təqdim etmişdi.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑