Dünya · Editor.az

Avropa İttifaqı Arktikada təhlükəsizliyi gücləndirmək üçün yeni strategiya hazırlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa İttifaqı Arktikada təhlükəsizliyi gücləndirmək üçün yeni strategiya hazırlayıb xəbəri üçün şəkil

Avropa İttifaqı Arktika regionunda təhlükəsizlik imkanlarını genişləndirmək, strateji infrastrukturu qorumaq və artan geosiyasi rəqabətə qarşı hazırlığını gücləndirmək məqsədilə yeni strategiya təqdim edib.

Sənəd iqlim dəyişiklikləri, hərbi fəallıq və təbii resurslar uğrunda rəqabətin regionun əhəmiyyətini artırdığı bir vaxtda açıqlanıb.

Avropa Komissiyasının məlumatına görə, yeni strategiya çərçivəsində dəniz təhlükəsizliyi üzrə xüsusi mərkəzin yaradılması, sualtı kabellərin və digər mühüm infrastrukturların qorunması, peyk müşahidəsinin genişləndirilməsi və Avropa ölkələrinin buzqıran gəmilərlə təminatının dəstəklənməsi nəzərdə tutulur.

Arktika son illərdə ABŞ, Rusiya, Çin və Avropa dövlətlərinin maraqlarının toqquşduğu əsas geosiyasi bölgələrdən birinə çevrilib. İqlim dəyişikliyi nəticəsində buzların əriməsi yeni dəniz marşrutlarının açılmasına şərait yaradır. Bu isə beynəlxalq ticarət və enerji daşımaları baxımından yeni imkanlarla yanaşı, təhlükəsizlik risklərini də artırır.

Avropa rəsmiləri Rusiyanın regiondakı hərbi infrastrukturunu gücləndirməsindən narahat olduqlarını bildirirlər. Moskva isə NATO-nun fəaliyyətinin Arktikada hərbiləşməni artırdığını iddia edir.

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-ın nəzarətinə keçirmək niyyəti ilə bağlı əvvəlki açıqlamaları da regionun strateji əhəmiyyətini gündəmə gətirib. Danimarkanın tərkibində özünüidarəetmə hüququna malik olan Qrenlandiya Arktikada təhlükəsizlik və təbii resurslar baxımından mühüm mövqeyə sahibdir.

//Samir Qurbanov, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑