Ölkə.az xəbər verrir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Hücum 19 oktyabr gecəsi baş verib. Ölənlər arasında uşaq və yaşlılar da var. Silahlılar yerli sakinləri Mali ordusuna hökumət qüvvələrinin dronlarla hədəf aldığı İŞİD mövqelərinin yerləri barədə məlumat verməkdə günahlandırıblar.
Agentliyin məlumatına görə, Nigerlə sərhəd yaxınlığındakı Taqadaiyat kəndinin sakinlərinə hücum edilib. Silahlı şəxslər motosikletlərlə gələrək mülki şəxslərə atəş açıblar. Hücum nəticəsində regional paytaxt Menakaya kütləvi köç baş verib.
19 oktyabrda Mali ordusu Menakanın 65 kilometr cənub-qərbində böyük bir yaraqlı bazasının aşkarlandığını və məhv edildiyini bildirdi. Hərbçilərin sözlərinə görə, obyektdə yaraqlılar, silahlar və ləvazimatlar olub. İŞİD qruplaşması hələlik hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.




