Dünya · Bakupost.az

Mbappe karyerasında ilkə İMZA ATDI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mbappe karyerasında ilkə İMZA ATDI xəbəri üçün şəkil

“Real”ın hücumçusu Kilian Mbappe 2025/2026 mövsümünün yekunlarına əsasən Avropanın ən yaxşı futbolçusu seçilib.


"Bakupost" xəbər verir ki, Fransa nəşri “Onze Mondial” 27 yaşlı futbolçunu oxucuların səsverməsinin nəticələrinə əsasən “Onze d’Or” mükafatına layiq görüb.
Beləliklə, Mbappe bu mükafatı ilk dəfə qazanıb. O, əvvəllər üç dəfə səsvermədə üçüncü yeri tutub.
Fransalı hücumçu ötən mövsüm “Real”ın heyətində 40 qol vurub. Səsvermədə ikinci yeri PSJ-nin yarımmüdafiəçisi Joao Neveş 11,9 faiz, üçüncü yeri isə Paris klubunun vingeri Xviça Kvaratsxeliya 10,8 faiz səslə tutub.
Qeyd edək ki, 2024/2025 mövsümünün ən yaxşı futbolçusu PSJ-nin vingeri Usman Dembele seçilmişdi.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑