Dünya · Bakupost.az

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur xəbəri üçün şəkil

İsraildə bu gün keçirilən parlament seçkiləri üzrə səsvermə bir neçə dəqiqə öncə, yerli vaxtla 22:00-da (Bakı vaxtı ilə 00:00) başa çatıb və seçki məntəqələri bağlanıb. Seçki seçici fəallığı ilə fərqlənib.


"Bakupost" xəbər verir ki, artıq ekzit-poll nəticələrinin açıqlanmasına başlanılıb.
KAN 11-in keçirdiyi ekzit-polla görə, Netanyahu Bloku 120 yerlik Knessetdə 50 mandat əldə edib, Ayzenkot (Antinetanyahu) Bloku isə 53 yer qazanıb.
Kanal-13-ün (Channel 13) keçirdiyi ekzit-pollun nəticələri də eynidir: 50/53.
Kanal-12 (Channel-12) isə Netanyahu Blokunun 50, Ayzenkot Blokunun isə 52 mandat qazandığını bildirir.
Kanal-15 (Channel-15) Netanyahu Blokunun 55, Ayzenkot Blokunun 49 mandat qazandığını açıqlayıb.
Beləliklə, hər iki blokun hökumət qurmaq üçün lazım olan ən azı 61 mandatı qazanmadığı üzə çıxır ki, bu da seçki ərəfəsində keçirilən sorğulardan da aydın idi.
Ən mühüm məsələ isə ərəb partiyası ilə bağlıdır. Ekzit-pollara görə, ərəb partiyası Knessetdə 17 mandat (Kanal-15-ə görə, 16 mandat) qazanıb. Ərəb partiyasının Ayzenkot Blokuna dəstək verəcəyi bildirilir. Bu halda yeni hökuməti Ayzenkot quracaq və Netanyahu hakimiyyətdən kənarlaşdırılacaq.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑