Dünya · Bakupost.az

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada... xəbəri üçün şəkil

Türk Dövlətləri Təşkilatı həm bölgəmizdə, həm də qlobal miqyasda sülh, əmin-amanlıq və ədalət üçün zəmin yaradacaq mühüm bir aktordur.


"Bakupost" xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
“Formalaşacaq "Türk qurşağı" türk dövlətləri və icmaları arasında dialoq və əməkdaşlıq əlaqələrini gücləndirəcək, “Türk əsri” və “Türkiyə əsri”ni özündə ehtiva edəcəkdir. Müstəqillik və suverenlik çərçivəsindəki imkan və fürsətlərdən yararlanan türk dövlətləri müasir dövrün güclü aktorları kimi ortaya çıxacaqlar.
29–30 oktyabr tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi Türk Dövlətləri Təşkilatının 13-cü zirvə görüşü zamanı türk dünyasının ürəyi Ankarada döyünəcək. Türk dünyası olaraq birlikdə Cümhuriyyətimizin 103-cü ildönümünü qeyd edəcək, bununla da birliyimizi və həmrəyliyimizi həm dostlara, həm də düşmənlərə bir daha nümayiş etdirəcəyik”, - Baxçalı bildirib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑